Söz, sükut və ünsiyyət

Sözün gücü, sükutun hikməti və doğru ünsiyyət. · 12 hekayə

Görüntü

Bildiklərini söylə

Səs
Şəkil
Mətn

Bildiklərini söylə, amma ağıl öyrətmə. Deyilənləri yaxşı dinlə, amma hamısını doğru sanma.

Susmaq heç nə bilməmək deyil, çox danışmaq da çox bilmək demək deyil. İnsanı alçaltmaq ağılsızlıq, həddindən artıq tərifləyib göylərə qaldırmaq isə qorxaqlıqdır.

İbrət: Düzgün danış, düzgün dinlə, susmağı bacar. İnsanı nə alçalt, nə də göylərə qaldır — olduğu kimi gör.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Bilən və bilməyən

Səs
Şəkil
Mətn

(Çin məsəli)

Bilməyib bilmədiyini anlayan öyrənməyə can atır. Ona öyrədin!

Bilən və bildiyini bilməyən — yuxudadır. Onu oyadın!

Bilməyən və bilmədiyini bilməyən — nadandır. Ondan uzaq durun!

Bilən və bildiyini bilən — liderdir. Onun ardınca gedin!

İbrət: Öyrənməyə can atanı öyrət, qəflətdə olanı oyat, hər şeyi bildiyini güman edən nadandan uzaq dur, həqiqətən bilənin isə ardınca get.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Dil

Səs
Şəkil
Mətn

Dil bir çiçəkdir, ağızda bitər,

suvarıb qorumasan, məhv olub itər.

İbrət: Dil qorunmasa, suvarılmayan çiçək kimi solub itər. Ana dilini yaşatmaq onu hər gün sevə-sevə işlətməkdir.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Söz nədir

Səs
Şəkil
Mətn

Söz var, incidir;

söz var, inci-dir.

İbrət: Sözlə könül sındırmaq da olar, könül almaq da. Sözü inciyə çevirən onu necə və harada deməyindir.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Söz və sükut

Səs
Şəkil
Mətn

Bəzən insan susaraq daha çox şey söyləyər. Çünki söz sadəcə səs deyil — o, niyyətin aynasıdır.

Əgər bir söz qəlb qıracaqsa, bir cümlə ümid söndürəcəksə — deyilməyə dəyməz.

Əgər söyləyəcəyin söz bir qəlbi isitməyəcəksə, bir gülümsəməyə səbəb olmayacaqsa — sus.

Unutma... hər kəlmə gül açmır. Bəziləri tikan kimidir — toxunanı yaralar.

Sükut hikmətdir. Bəzən isə ən dəyərli cavabdır.

Ürəkdən gələn söz hikmətə çevrilər, düşünmədən deyilən söz isə zərər verər, yara açar.

Sus. Çünki sükut da danışır — bəzən daha dərin, bəzən daha dürüst.

İbrət: Hər söz gül açmır; bəziləri tikan kimi yaralayır. Xeyir gətirməyəcək sözün yerinə sükut daha hikmətlidir.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Sözü yerində söyləmək

Səs
Şəkil
Mətn

Sözü yerində söyləməyi bacaran üzr diləmək məcburiyyətində qalmaz.

İbrət: Sözü deməzdən əvvəl ölçüb-biç ki, sonra üzr istəməli olmayasan. Söz yerində və vaxtında deyiləndə qiymətlidir.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Sükut

Səs
Şəkil
Mətn

Bəzi sualların cavabı sükutdur.

Ya cavabın vaxtı deyil,

ya da həmsöhbət cavaba layiq deyil!

* * *

Dərviş Cəlal Ruhəvi

İbrət: Hər suala cavab vermək lazım deyil. Bəzən vaxtı çatmayıb, bəzən də qarşındakı cavaba layiq deyil.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Səssiz dəhliz

Səs
Şəkil
Mətn

Birgə fəaliyyət göstərən iki təşkilat var idi — biri sponsor, digəri isə layihə hazırlayan qurum.

Layihə üzərində işləyənlər aylarla zəhmət çəkib sənədləri hazırladılar. İş tamam olanda materialları sponsora göndərib cavab gözlədilər. Günlər, həftələr keçdi, amma səs-soraq gəlmədi.

Komandanın içində qeyri-müəyyənlik böyüyüb dəhliz boyunca uzanan kölgə kimi yayılırdı:

«Sənədlər çatdımı? Onlara baxılıbmı?»

Heç kimin dəqiq məlumatı yox idi. Sponsora edilən müraciətlər isə yalnız üstüörtülü, qeyri-müəyyən cavablar gətirirdi.

Bir neçə aydan sonra məsələni aydınlaşdırmaq üçün sponsorun ofisinə getdilər. Həqiqəti yalnız orada öyrəndilər:

«Bəli, sənədlər gəlib. Amma biz onları qəbul etməmişik. Çünki təqdimat forması düzgün deyil və rəsmi prosedura əməl olunmayıb.»

Bunu eşidəndə yerlərində donub qaldılar.

— Bəs niyə bizə xəbər vermədiniz? — deyə soruşdular.

— Axı biz nöqsanları tezliklə aradan qaldıra bilərdik.

Məyus halda ofisə qayıdan əməkdaşlar öz rəhbərliklərinə irad bildirdilər:

“İşin gedişini izləsəydik, sənədlərin nə yerdə olduğunu vaxtında öyrənsəydik, qarşı tərəflə aydın danışsaydıq, belə olmazdı. Vaxtımız, zəhmətimiz hədər getdi, inamımız sarsıldı. Çünki aramızdakı dəhliz səssiz qaldı.”

İbrət: Aydın ünsiyyət olmayanda ən yaxşı iş də nəzərdən qaça bilər. İşin gedişini izləməmək ən möhkəm əməkdaşlığı da zəiflədir. Bəzən əməkdaşlığa ən böyük zərəri uğursuzluq yox, səssizlik vurur.

Bəxtiyar Siracov

Çobanı səsləmək lazımdır

Səs
Şəkil
Mətn

Uzun illər boyu aldığı təhsili tamamlamaq istəyən bir tələbə ustadının xeyir-duasını almaq üçün ona müraciət edir.

Ustadı:

— Yaxşı, amma bir şərtim var. Sənə bir sual verəcəyəm. Görüm bu illər ərzində öyrətdiklərimi necə mənimsəmisən. Düz cavab versən, zəhmətimin hədər getmədiyini bilib sənə xeyir-dua verəcəyəm.

Tələbə özünə arxayın halda:

— Buyurun, ustadım, soruşun, — deyir.

Ustadı:

— Övladım, təsəvvür et ki, kəndinə gedirsən və yolda bir çobanın bir sürü quduz iti sənə hücum edir. Təhlükə ilə üz-üzəsən. Canını qurtarmaq üçün nə edərsən?

— Əyilib yerdən bir neçə daş götürüb itlərə atar, onları qovaram.

— Amma, övladım, birinə daş atarsan, ikisinə atarsan — axı hamısının öhdəsindən gələ bilməzsən. Onlar bir-birinə qoşulub səni parçalayar.

— Onda qaçmağa üz qoyaram.

— Əmin ol ki, onlar səndən sürətli qaçar, gəlib səni yaxalayar. Onda necə?

Tələbə çarəsiz qaldığını anlayır və ustadından kömək istəyir.

Ustadı:

— Övladım, bu vəziyyətdən yalnız bir çıxış yolu var: çobanı səsləməli və ondan itlərini saxlamasını istəməlisən. İtlər çobanın səsini eşidən kimi yerlərində quruyub qalacaqlar.

İbrət: Hər problem güclə həll olunmur. Bəzən bir addım geri çəkilib fərqli baxmaq ən qısa çıxış yoludur.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Çobanın sözü

Səs
Şəkil
Mətn

Bir zamanlar bir kənddə Həsən adlı kasıb, amma dürüst bir çoban yaşayırdı. Günlərin bir günü kənd ağası onu yanına çağırıb dedi:

— Ey Həsən, eşitmişəm ki, dağların otlaq yerlərinə yaxşı bələdsən. Bu yay sürümü sənə tapşırıram. Payızda heyvanlarım sağlam və kök qayıtsa, sənə bir inək bağışlayacağam.

Həsən razılaşdı. Bütün yayı yağışa, istiyə baxmadan sürünü otardı, gecələr gözünü qırpmadan keşiyini çəkdi. Payızda heyvanları əvvəlkindən də kök və sağlam halda kəndə qaytardı.

Həsən vəd olunmuş inəyi almaq ümidilə ağanın yanına gəldi. Ağa isə istehza ilə gülümsəyib dedi:

— Sənə inək vermək fikrim yox idi, o söz sadəcə səni işə həvəsləndirmək üçün deyilmişdi. Onsuz da kasıbsan, bir inəyi neyləyəcəksən?

Həsənin gözləri doldu. Lakin o, sakit və ləyaqətlə cavab verdi:

— Doğru deyirsən, ağa, mən kasıbam. Amma vicdanım var və öz sözümün ağasıyam. Sən varlı ola bilərsən, ancaq verdiyin sözün qiyməti yoxdursa, əsl kasıb sənsən.

Bu sözlər kənddə ağızdan-ağıza gəzdi. Ağanın adı hörmətdən düşdü, camaat onunla iş tutmaqdan çəkinməyə başladı. O isə gec də olsa başa düşdü: insanın qiymətini mal-dövləti və ya vəzifəsi yox, sözünə sadiqliyi müəyyən edir.

İbrət: İnsanın əsl sərvəti mal-mülkü deyil, sözü, vicdanı və etibarıdır.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Ünsiyyət

Səs
Şəkil
Mətn

Yaşlılar və uşaqlarla tez-tez ünsiyyətdə olsanız, birində təcrübə, digərində isə saflıq görəcəksiniz.

İbrət: Yaşlıdan təcrübə, uşaqdan saflıq öyrənilir. Hər yaşın insana öyrədəcəyi bir şey var.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Şamların söhbəti

Səs
Şəkil
Mətn

Bir otaqda dörd şam asta-asta yanırdı. Ətraf elə sakit idi ki, onların söhbətini eşitmək olurdu.

Birinci şam dedi: «Mən İNAMAM! Amma kimsə yanmağıma kömək etmir. Deyəsən, bu yaxında sönəcəyəm.»

Elə də oldu. Şöləsi sürətlə azalmağa başladı və sonda İNAM tamamilə söndü.

İkinci şam dilləndi: “Mən VƏFAYAM! Təəssüf ki, artıq heç kimə lazım deyiləm. Daha yanmağımın mənası qalmayıb.”

Sözünü bitirər-bitirməz əsən xəfif bir yel VƏFANI da tamamilə söndürdü.

Növbə üçüncü şama çatdı. O, hüznlü səslə dedi: «Mən SEVGİYƏM! Daha yanmağa gücüm qalmadı. İnsanlar məni unutdu, dəyərim yoxa çıxdı. Ən yaxınlarım belə sevməyi unutdu.»

SEVGİ də daha dözə bilməyib sönüb getdi.

Bu an otağa bir uşaq girdi və üç şamın da yanmadığını gördü. «Niyə yanmırsınız? Sizin əbədi yanmağınız gərək deyildimi?» deyib ağlamağa başladı.

O zaman dördüncü şam dilləndi: «Qorxma, mən yandığım müddətcə o biri şamları yenidən yandıra bilərik. Mən ÜMİDƏM!»

Uşağın gözləri sevincdən parıldadı. ÜMİD şamını əlinə alıb o biri şamları bir-bir yandırdı.

İbrət: İnam, vəfa və sevgi sönəndə onları yenidən yandıran ümiddir. Ümid işığını qorusaq, qalan dəyərlər də dirilər.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.